23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Öldürülən azərbaycanlı dənizçinin nəşi Vətənə göndərilib

Öldürülən azərbaycanlı dənizçinin nəşi Vətənə göndərilibNigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

GununNebzi.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

Cənazə yerli vaxtla 07:30-da İstanbuldan Bakıya göndərilib.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib. //Report.az


Tarix: 27-01-2021, 10:01 Oxunub: 166


Bölməyə aid digər xəbərlər