16:01 / 29-11-2024
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişir
15:59 / 29-11-2024
AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir
15:56 / 29-11-2024
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi
15:51 / 29-11-2024
Sumqayıtda kanalizasiya sistemi yenidən qurulur - 41 milyonluq müqavilə
15:49 / 29-11-2024
Parlamentdə sektor müdiri təyin edildilər - Foto
14:10 / 29-11-2024
Qızıl qaçaqmalçılığı ilə bağlı daha bir nəfər Türkiyədə saxlanıldı
14:09 / 29-11-2024
DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
14:03 / 29-11-2024
Onları 5 ilədək həbs gözləyir
14:02 / 29-11-2024
Heyvanlarla bağlı həmin qərar qəbul edildi!
13:44 / 29-11-2024
Uşaqlarla bağlı bu qanunda 99 edilir
13:35 / 29-11-2024
O uşaqlar üçün birdəfəlik müavinət 6000 manat oldu
10:09 / 29-11-2024
Azərbaycanın xalq artisti vəfat etdi - FOTO
10:05 / 29-11-2024
Qadın öldürüldü - 27 yaşlı ögey oğlu saxlanıldı-Yenilənib
07:11 / 29-11-2024
Netanyahu orduya "tammiqyaslı müharibə" əmri verib
00:43 / 29-11-2024
DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var
00:41 / 29-11-2024
Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verdi
00:36 / 29-11-2024
İsrail bu qadağanı aradan qaldırdı
21:29 / 28-11-2024
Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək
21:00 / 28-11-2024
Ağadadaş Ağayev məhkəmədə özünü təqsirli bilməyib: ifadə verməyə hazır olmadığını deyib
20:57 / 28-11-2024
Rusiya bu gecə Ukraynaya 90 raket zərbəsi endirib
20:54 / 28-11-2024
Şantajda ittiham edilən 4 sayt rəhbəri həbs edildi
20:51 / 28-11-2024
Beynəlxalq axtarışda olanlar Bakı aeroportunda saxlanıldı
20:49 / 28-11-2024
Ukraynaya “Patriot”lar göndərdilər
14:48 / 28-11-2024
ABŞ Ukraynaya 725 milyonluq yardım paketi hazırlayır
14:46 / 28-11-2024
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
14:41 / 28-11-2024
Oğlundan sonra qardaşının da federasiyası ləğv edildi
13:24 / 28-11-2024
Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi
13:19 / 28-11-2024
Azərbaycanın dövlət borcu açıqlandı
13:14 / 28-11-2024
“Sosial yardım insanları ələbaxım öyrədib”
13:13 / 28-11-2024
Yeni ildə iş və istirahət günlərinin yeri dəyişdirildi
10:26 / 28-11-2024
44 günlük müharibənin "məşhur" erməni polkovniki yenidən vəzifədə
10:23 / 28-11-2024
Bakıda 17 yaşlı qız qazdan boğulub öldü
Qanunsuz ov edən ərəblər cəzalandırıldı: Cərimənin məbləği açıqlandı - RƏSMİ
İki ərəb turist “Ovçuluq haqqında” qanunvericiliyin tələblərinə əsasən 4 min manat civarında cərimə edilib.
GununNebzi.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlamasında deyib.
“Bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistləri tərəfindən qanunsuz ov hallarına yol verilməsi və heyvanlarla rəhmsiz rəftar olunması ilə bağlı məlumatlar yayılıb. İlk növbədə qeyd etmək istərdim ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Digər xarici ölkə vətəndaşları kimi, ərəb ölkələrindən də insanlar ölkəmizə gələ bilər və istirahətini təşkil edə bilərlər. Lakin, istirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması halları baş verərsə, təbii ki, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməli və bunun qarşısını almalıdırlar. Bu məlumatlar da bizə daxil olan zaman ilk növbədə araşdırma apardıq və məlum oldu ki, Acınohur yasaqlığında müvafiq 372 hektar ərazi 2017-ci ildə yerli bir vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar burada istirahət edirlər. Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı məlumat daxil oldu və onlar cərimə edildilər. Dünən isə mətbuatda həmin ərazidə hətta ov etdikləri barədə məlumatlar yayıldı. Məsələ ilə bağlı araşdırmaya başladıq və fakt qismən müəyyən edildi”, - deyə Xidmət rəisi qeyd edib.
Hikmət Əlizadənin sözlərinə görə, sosial şəbəkələrdə və mətbuatda bir sıra köhnə dövrlərə, əvvəlki illərə məxsus olan, hətta ərazisi müəyyən etmək mümkün olmayan foto və video çəkilişlər də paylaşılıb:
“İddia olunur ki, bunların hamısı həmin ərazidə baş verib, lakin hazırda quşların miqrasiya dövrü bitib və ona görə də quşların sayı da ölkədə azdır. Bəzi faktlar öz təsdiqini tapdı və bununla bağlı iki ərəb turist tərəfimizdən 4 min manat civarında “Ovçuluq haqqında” qanunvericiliyin tələblərinə əsasən cərimə edildilər. Hazırda tərəfimizdən yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb. Ərazidə müxtəlif yerlərdə postlar qurulub və bu fəaliyyət davam etdiriləcək. Həmçinin, araşdırmalarımız da davam edəcək. Əlavə məlumatlar olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək.
Biz başa düşürük ki, ictimaiyyət bu məsələrə çox həssas yanaşır, bəzi hallarda xarici ölkə vətəndaşlarının burada ölkə qanunvericiliyini pozması kimi məsələlər insanlarda müəyyən aqresiya doğurur, lakin bütün bu məsələlərdə dövlət qurumları səlahiyyəti daxilində hərəkət edirlər. Fürsətdən istifadə edərək bu məsələyə həssas yanaşan və məlumatları vaxtında ötürən insanlara öz təşəkkürümü bildirirəm”.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-03-2021, 14:29 Oxunub: 257
Bölməyə aid digər xəbərlər
25-03-2021, 18:22
Ərəblər Azərbaycanda nadir quşları ovladılar - VİDEO
21-03-2021, 18:58
Göyərçinlərlə rəhmsiz rəftar edən xarici turistlər cərimələndi
3-04-2020, 19:30
Azərbaycanda nazirdən yeni təyinat - ÖZƏL
28-08-2020, 17:00
Azərbaycanda ov lisenziyalarının verilməsi qaydaları AÇIQLANDI