23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DİN cinsi azlıqların təzyiqə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirdi

DİN cinsi azlıqların təzyiqə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirdi

"Bəzi sosial şəbəkə seqmentlərində cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

E. Hacıyev qeyd edib ki, son günlər paytaxtın Nəsimi rayonunda cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı daxil olan fakt üzrə müvafiq araşdırmalar aparılır. Mənzil sahiblərinin və sakinlərin şikayətləri əsasında onlara məxsus evlərdən cinsi azlıqların çıxarılması ilə bağlı yaranan mübahisəli halla bağlı daxil olan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Rayonun Azadlıq prospektində mənzillərdən birinin sahibi ilə kirayəşinlər arasında evdən məcburi çıxarılan zaman yaranan mübahisə zəminində sonuncunun xəsarət alması ilə bağlı müvafiq ekspertiza təyin edilib, hazırda araşdırmalar davam etdirilir. Tərəflər arasında yaranan mübahisənin xüsusatlarının araşdırılması zamanı cinsi azlıqların təhlükəsizliyi, onların hüquq və azadlıqlarının qorunması qanunvericiliyə uyğun təmin edilir.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, tərəflərin qarşılıqlı şikayətləri əsasında aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Tarix: 10-06-2021, 17:38 Oxunub: 190


Bölməyə aid digər xəbərlər