23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Delta” digər ştammlardan 2 dəfə çox yoluxucudur”

“Delta” digər ştammlardan 2 dəfə çox yoluxucudur”

“Yeni növ koronavirus (COVID-19) infeksiyasının “delta” ştammı “alfa” (Britaniya) ştammından 2 dəfə çox yoluxucudur”.

GununNebzi.az
“AzərTac”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabında “İmmunitet və peyvənd sertifikatı” mövzusundakı çıxışı zamanı deyib.

O bildirib ki, “delta” ştammı ilə yoluxan bir xəstə 5-6 nəfəri yoluxdura bilər: “Bu, “alfa” ştammının yoluxuculuğundan 2 dəfə çoxdur. “Delta” ştammının inkubasiya dövrü qısadır. Klinik əlamətlərdə də bir sıra fərqlər mövcuddur. “Delta” ştammı digər respirator virus xəstəliklərinə daha çox oxşayır, əsasən baş və boğaz ağrıları ilə müşahidə olunur. Bəzən mədə-bağırsaq pozuntusunun da olduğunu qeyd edirlər.

“Delta” variantı ilə yoluxduqdan bir müddət sonra xəstədə klassik koronavirusdan daha çox ağırlaşmanın olması yalnız müşahidələrdir. Bununla bağlı hələ ki, dəqiq məlumat yoxdur. Onu da qeyd edim ki, peyvənd olunmayanlar xəstəliyi ağır keçirə bilərlər. Peyvənd koronavirusdan 100 faiz qorumasa da, yoluxma baş verdikdə, xəstəlik ağır keçmir”.

Tarix: 15-07-2021, 16:22 Oxunub: 290


Bölməyə aid digər xəbərlər