23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Keçmiş arvadını döydüyünə görə saxlandı, oğurluqlarının üstü açıldı - MƏHKƏMƏ

Keçmiş arvadını döydüyünə görə saxlandı, oğurluqlarının üstü açıldı - MƏHKƏMƏBakıda xuliqanlıqda və silsilə oğurluqlarda təqsirləndirilən Məhəmməd Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

gununnebzi.az “Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Beyləqan rayon sakini Məhəmməd Bayramov ötən ilin avqust ayında Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Belə ki, Binəqədi qəsəbəsində yerləşən mağazalardan birində işləyən M.Bayramovun keçmiş həyat yoldaşı Səfurə Bayramova polis bölməsinə şikayət edərək bildirib ki, iş yoldaşı Gülşən Rəsulova ilə obyektdə olan zaman keçmiş ərinin hücumuna məruz qalıb. M.Bayramovun hər iki qadına qarşı fiziki güc tətbiq edib onlara xuliqanlıq zəmində xəsarət yetirməsi mağazanın müşahidə kameraları vasitəsilə lentə alınıb.

43-cü Polis Bölməsinə gətirilən M.Bayramovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun başqa cinayətlər törətdiyi də məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, o, Nizami rayonunda Xəyal Qubadov adlı şəxsə məxsus “Niva” markalı avtomobilin qabaq qapısını açaraq nəqliyyat vasitəsinin salonundan 372 manat pul, avtomaşına aid sənədlər və 1 ədəd mobil telefonu da oğurlayıb. M.Bayramovun həmin avtomobilin salonunda oğurluq etməsi də təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

M.Bayramov həmçinin Binəqədi qəsəbəsi və Sabunçu rayonu Ramana qəsəbəsində müxtəlif vətəndaşlara məxsus 12 fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olaraq məişət əşyaları oğurladığı da sübuta yetirilib. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.


Tarix: 24-04-2020, 09:51 Oxunub: 48


Bölməyə aid digər xəbərlər