23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şəmkirdə 80-dən çox sürücü və piyada məsuliyyətə cəlb edilib

Şəmkirdə 80-dən çox sürücü və piyada məsuliyyətə cəlb edilib

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Bundan başqa araşdırmalar zamanı piyadalara yol verməyən sürücülər ilə bərabər piyada keçidlərindən istifadə etməyən vətandaşlar da müəyyən edilərək barələrində qanunamüvafiq tədbir görülüb.

Ümumilikdə 80-dən çox rayon sakini barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

Tarix: 23-09-2021, 19:49 Oxunub: 141


Bölməyə aid digər xəbərlər