23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Sosial müavinət kəsilsin, əvəzinə uşaq pulu verilsin" - DEPUTATDAN TƏKLİF

"Sosial müavinət kəsilsin, əvəzinə uşaq pulu verilsin" - DEPUTATDAN TƏKLİF

Uşaq pulu məsələsini bu qədər qaldırmağıma baxmayarq, hələ də müzakirə olunmur.

GununNebzi.az
xəbər verir ki, Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

O, bildirib ki, sosial müavinət kasıbların çoxuna düşmür, imkanı olanlar isə gedib proqramlar əsasında özünə pul yazdırırlar: “Hesab edirəm ki, uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var. Hətta bunu heç bir müavinəti kəsmədən də etmək olar. Neft fondundan ayırmalar da etmək olar. Əgər resurs yoxdursa, təklif edirəm ki, sosial müavinət kəsilsin, əvəzinə uşaq pulu bərpa edilsin. Müxtəlif cür müavinətlər verib, işi ört-basdır edirlər ki, guya uşaq pulunu əvəz edir. Əslində isə, heç bir əvəzetmə yoxdur. Dünyanın əksər dövlətlərində uşaq pulu verilir”.

Deputat təklif edir ki, 1 yaşına kimi 200 manat, 3 yaşına kimi 150 manat, 8 yaşına kimi 120 manat, 18 yaşına kimi 100 manat məbləğində uşaq pulu təyin olunsun: “Hələ indiyə kimi eşitməmişəm elə bir deputat olsun ki, seçki ərəfəsində öz seçicilərinə uşaq pulu ilə bağlı vəd verməsin. Həmin deputat həmkarlarım indi bu məsələyə niyə belə biganədirlər, bilmirəm. Xalqın sizdən birinci tələbi uşaq pulu olub axı”.

Tarix: 15-10-2021, 18:28 Oxunub: 229


Bölməyə aid digər xəbərlər