23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hamilələrə və südverən analara bu vaksin tövsiyə olunur

Hamilələrə və südverən analara bu vaksin tövsiyə olunur

Hamilələrə və südverən analara vaksin tövsiyə xarakteri daşıyır və bu zaman “Pfizer” vaksini istifadə olunur.

GununNebzi.az-
ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

O bildirib ki, nadir hallarda hamilələr vaksinasiyadan keçib: “Hətta bəzi ölkələrdə hamilələrin 30%-i vaksinasiyaya qoşulur. Hamilələrə vaksinasiya ona görə tövsiyə edilir ki, xəstəliyin riski yüksəkdir. Hamiləliyin vaxtından tez bitməsi riski nəzərə alınmalıdır. O baxımdan bizim respublikada bu geniş yayılmadı. Amma artıq çəkisi olan hamilələrə vaksinasiyadan keçmək tövsiyə edilir. Bu beynəlxalq təcrübədə də var. Hazırda ölkədə virusa yoluxmuş hamilələr ayrıca müalicə olunur. Ona görə də artıq çəkili, şəkərli diabet və digər xroniki xəstəliyi olan hamilələri təkidlə vaksinasiyaya dəvət edirik”.

Tarix: 28-12-2021, 21:09 Oxunub: 107


Bölməyə aid digər xəbərlər