02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Sabah vətəndaşlar xiyabana hissə-hissə buraxılacaq - DİN

Sabah vətəndaşlar xiyabana hissə-hissə buraxılacaq - DİN

Daxili İşlər Nazirliyi sabah- 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar əhaliyə müraciət edib.

GununNebzi.az
xəbər verir ki, müraciətdə deyilir:

"20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar ziyarətçilərin təhlükəsizliyi, rahat və fasiləsiz hərəkəti, xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcək. Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən artıq olmamaqla qrup halında hərəkət etməlidirlər".

Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla, tədbir tam başa çatana qədər Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının yanından Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması nəzərdə tutulur.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur".

Tarix: 19-01-2022, 11:32 Oxunub: 126


Bölməyə aid digər xəbərlər
19-01-2021, 17:02 DİN məlumat yaydı