23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcək

Azərbaycanda qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcək

Dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə cərimələr müəyyənləşib.

Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Belə ki, dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.

Tarix: 24-01-2022, 14:26 Oxunub: 141


Bölməyə aid digər xəbərlər