23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Beynəlxalq daşımalarla bağlı yeni - Qərar

Beynəlxalq daşımalarla bağlı yeni - Qərar

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları təsdiq edilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Qanunun tətbiq edilməsi barədə” Prezidentin Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarla təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Qanununun 50.6-cı maddəsinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları və bu daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir.

Tarix: 12-04-2022, 19:31 Oxunub: 141


Bölməyə aid digər xəbərlər