16:01 / 29-11-2024
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişir
15:59 / 29-11-2024
AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir
15:56 / 29-11-2024
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi
15:51 / 29-11-2024
Sumqayıtda kanalizasiya sistemi yenidən qurulur - 41 milyonluq müqavilə
15:49 / 29-11-2024
Parlamentdə sektor müdiri təyin edildilər - Foto
14:10 / 29-11-2024
Qızıl qaçaqmalçılığı ilə bağlı daha bir nəfər Türkiyədə saxlanıldı
14:09 / 29-11-2024
DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
14:03 / 29-11-2024
Onları 5 ilədək həbs gözləyir
14:02 / 29-11-2024
Heyvanlarla bağlı həmin qərar qəbul edildi!
13:44 / 29-11-2024
Uşaqlarla bağlı bu qanunda 99 edilir
13:35 / 29-11-2024
O uşaqlar üçün birdəfəlik müavinət 6000 manat oldu
10:09 / 29-11-2024
Azərbaycanın xalq artisti vəfat etdi - FOTO
10:05 / 29-11-2024
Qadın öldürüldü - 27 yaşlı ögey oğlu saxlanıldı-Yenilənib
07:11 / 29-11-2024
Netanyahu orduya "tammiqyaslı müharibə" əmri verib
00:43 / 29-11-2024
DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var
00:41 / 29-11-2024
Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verdi
00:36 / 29-11-2024
İsrail bu qadağanı aradan qaldırdı
21:29 / 28-11-2024
Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək
21:00 / 28-11-2024
Ağadadaş Ağayev məhkəmədə özünü təqsirli bilməyib: ifadə verməyə hazır olmadığını deyib
20:57 / 28-11-2024
Rusiya bu gecə Ukraynaya 90 raket zərbəsi endirib
20:54 / 28-11-2024
Şantajda ittiham edilən 4 sayt rəhbəri həbs edildi
20:51 / 28-11-2024
Beynəlxalq axtarışda olanlar Bakı aeroportunda saxlanıldı
20:49 / 28-11-2024
Ukraynaya “Patriot”lar göndərdilər
14:48 / 28-11-2024
ABŞ Ukraynaya 725 milyonluq yardım paketi hazırlayır
14:46 / 28-11-2024
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
14:41 / 28-11-2024
Oğlundan sonra qardaşının da federasiyası ləğv edildi
13:24 / 28-11-2024
Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi
13:19 / 28-11-2024
Azərbaycanın dövlət borcu açıqlandı
13:14 / 28-11-2024
“Sosial yardım insanları ələbaxım öyrədib”
13:13 / 28-11-2024
Yeni ildə iş və istirahət günlərinin yeri dəyişdirildi
10:26 / 28-11-2024
44 günlük müharibənin "məşhur" erməni polkovniki yenidən vəzifədə
10:23 / 28-11-2024
Bakıda 17 yaşlı qız qazdan boğulub öldü
Azərbaycanda bu cərimələr SƏRTLƏŞDİRİLƏCƏK
Heyvanlarla rəhmsiz rəftarla bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bu sahədə ciddi və fundamental problemlərin həllinə yönəlmiş qanunvericilik layihələrinin hazırlanmasına start vermişik. Bunun üçün beynəlxalq təcrübə təhlili aparılıb, Türkiyə, Rusiya və digər ölkələrin qanunvericiliyi araşdırılıb. Statistikalara nəzər salsaq görərik ki, rəhmsiz rəftar, heyvanlara işgəncə verilməsi ilə bağlı ölkəmizdəki qanunvericilikdə çox ciddi boşluqlar var. Halbuki beynəlxalq qanunvericilikdə həmin fəaliyyətlə bağlı ciddi sanksiyalar nəzərdə tutulub. Ukraynada, Belçikada həmin fəaliyyətlə məşğul olanlar iki, Almaniyada üç ilə qədər azadlıqdan məhrum edilirlər, Niderlandda 20 min avroya qədər cərimə tətbiq olunur. Türkiyədə ötən il bununla bağlı cinayət məcəlləsində dəyişiklik edildi və həmin fəaliyyətlə əlaqədar olaraq sanksiyalar kifayət qədər sərtləşdirildi. Göründüyü kimi beynəlxalq qanunvericilikdə heyvanlara qarşı münasibət tam fərqlidir. Həmin yanaşmanı ölkəmizdə də tətbiq etməyi planlaşdırır və bunu mərhələli şəkildə etməyi düşünürük.
GununNebzi.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Nazirliyin şöbə müdirinin sözlərinə görə, Azərbaycanda İnzibati Xətalar Məcəlləsində heyvanlarla rəhmsiz rəftara görə sanksiyalar 500 manat məbləğində müəyyənləşdirilib: “Bu, kifayət qədər çox az məbləğdir. O cümlədən bu sahədəki pozuntularla bağlı bizim inzibati tədbirlərimiz öz təsirini tam effektiv göstərmir. İctimaiyyətin bu sahədə qınağı son vaxtlar aktuallaşıb. Bu da heyvanlara qarşı rəhmsiz rəftarla mübarizədə bizə çox ciddi problemlər və məhdudiyyətlər yaratmış olur. Bu səbəbdən biz İnzibati Xətalar Məcəlləsinin həmin maddəsinin genişləndirilməsi ilə bağlı paket şəklində qanunvericilik layihəsi formalaşdırmışıq. Rəhmsiz rəftar anlayışının qanunvericilikdə daha geniş əks edilməsi ilə bağlı olaraq layihəyə müddəalar əlavə etmişik. Çünki heyvanlara qarşı hansı davranışın məhz rəhmsiz rəftar olaraq qiymətləndirilməsində həm vətəndaşlar, həm də dövlət orqanları ciddi problemlərlə üzləşirlər. Məqsədimiz sanksiyaların da kifayət qədər sərtləşdirilməsidir. Gələn həftədən həmin layihənin ictimai müzakirəsini açıq elan edəcəyik. Altmış gün müddətində biz bütün vətəndaşları aktiv iştirak etməyə, bu sahədə onların haqlı narazılıqlarının aradan qaldırılması üçün birgə fəaliyyətə dəvət edirik”.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-05-2022, 19:08 Oxunub: 48
Bölməyə aid digər xəbərlər
1-02-2022, 18:11
Sahibsiz heyvanlara vurulan zərərə görə cərimələr artırılacaq
21-03-2021, 18:58
Göyərçinlərlə rəhmsiz rəftar edən xarici turistlər cərimələndi
10-11-2020, 04:05
Bu gün Türkiyə və Rusiya sülhməramlıları Dağlıq Qarabağda fəaliyyətlə bağlı razılaşmanı imzalayacaqlar