23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu uşaqlara maska taxmayın, boğula bilərlər - VİDEO

Bu uşaqlara maska taxmayın, boğula bilərlər - VİDEO

Koronavirusdan qorunmaq üçün böyüklərlə yanaşı uşaqların da tibbi maska taxaraq sosial məsafəni qoruması vacibdir. Bəzi valideynlər uşaqlarına uyğun ölçüdə tibii maska tapmadıqlarından narahatdılar. Onlar bildirirlər ki, uşaqlara standart maskalar alırlar, amma ölçüsü böyük olur. Apteklərdə isə yalnız standart maskaların satışda olduğu bildirirlər.

Pediatr Nərmin Məmmədova hesab edir ki, uşaqlar da xəstəlik ötürücüsü ola bilirlər. Odur ki, valideynlər bu məsələdə məsuliyyətli olmalıdırlar.

O, 2 yaşınadək uşaqlara maska taxılmasını tövsiyə etmir. Bunun səbəbini boğulma, nəfəs çatışmazlığı ilə əlaqələndirir.

Ekspertlər sözlərinə görə, uşaqları qorumağın ən yaxşı yolu zərurət olmadıqda onları evdən çıxarmamaq, insanların sıx toplaşdığı yerlərə aparmamaqdır.


Tarix: 29-06-2020, 09:30 Oxunub: 79


Bölməyə aid digər xəbərlər