23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sülhməramlılar azərbaycanlı jurnalistlərə mane olmaq istədi - Video

Sülhməramlılar azərbaycanlı jurnalistlərə mane olmaq istədi - Video

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-ü Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsində olublar. Rus sülhməramlılar əvvəlcə Azərbaycanın dövlət qurumlarının işinə maneçilik törətməyə çalışıblar.

GununNebzi.az-
ın məlumatına görə, hadisənin görüntülərini əks etdirən video və fotoşəkillər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bu gün isə İctimai TV səfərə dair geniş videoreportaj təqdim edib.

Videoreportajda Rusiya sülhməramlıları dəhlizdə apardıqları yoxlanışların effektiv olmadığını etiraf edirlər. Kadrlardan qondarma, separatçı rejimin “polislər”inin sülhməramlıların arxasında gizləndiyi aydın şəkildə görünür.

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov jurnalistlərə açıqlamasında Azərbaycan toponimlərinin istifadə edilməsi, həmçinin 14 İran vətəndaşının Azərbaycan ərazisinə neçə keçməsi barədə sualı cavablandırır.

Həmin reportajı təqdim edirik:


Tarix: 5-12-2022, 18:29 Oxunub: 27


Bölməyə aid digər xəbərlər