Göygöldəki yanğın qəsdən törədilib

Göygöldəki yanğın qəsdən törədilib

Xəbər verdiyimiz kimi, bu gecə Göygöl rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətdinən verilən məlumata görə, yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Tarix: 1-02-2023, 10:25 Oxunub: 13


Bölməyə aid digər xəbərlər