Bu qaydaları pozanları yeni cərimələr gözləyir

Bu qaydaları pozanları yeni cərimələr gözləyir

Azərbaycanda qaydaları pozaraq mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulanlar 2 ilədək həbs ediləcək.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddə (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulma) əlavə edilməsi təklif edilir.

Yeni maddəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi müəssisələrinin vəzifəli şəxslərini mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulmaya görə 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə gözləyir.
Bundan əlavə həmin şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Tarix: 15-03-2023, 12:41 Oxunub: 15


Bölməyə aid digər xəbərlər