23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz KEÇİRLƏR - VİDEO

Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz KEÇİRLƏR - VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər.

GununNebzi.az
xəbər verir ki, yeni yayılan kadrlarda onların keçidi prosedurunun Xankəndi-Gorus istiqamətində həyata keçirildiyi aydın görünür.

Mülki vətəndaşların Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə keçidi təmin edilib.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Həmin videonu təqdim edirik:

Tarix: 10-06-2023, 16:16 Oxunub: 12


Bölməyə aid digər xəbərlər