02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Həkimlərlə dərman şirkətləri arasında sövdələşmələr var”

“Həkimlərlə dərman şirkətləri arasında sövdələşmələr var”

“Xəstə istədiyi yox, həkimin təyin etdiyi dərmanı qəbul etməlidir. Kimsə kefi istəyəndə adı və ya qabı xoşuna gələn dərmanı alıb içməməlidir”.

GununNebzi.az
xəbər verir ki, bu fikirləri Milli Məclisinin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.

Komitə sədri qeyd edib ki, həkimlər tərəfindən də bu sahədə sui-istifadə halları var: “Elektron resept məsələsi boşuna gündəmə gəlməyib. Bu gün həkimlər və dərman satışı ilə məşğul olan şirkətlər arasında sövdələşmələr olur. Hər addımda bunun şahidi oluruq. Bəzən xəstələrə lazım olmayan dərmanlar yazılır. Elektron reseptlə bütün bunların qarşısı alınacaq. Həkim resept yazanda biləcək ki, mütəxəssis nəzarət edəcək. Yoxsa həkim resepti yazır və deyir ki, get bu dərmanı al. Daha bunun kimi neqativ hallar olmayacaq”.

Tarix: 4-07-2023, 14:57 Oxunub: 37


Bölməyə aid digər xəbərlər