Vasif Talıbov və oğlu bu komitələrin üzvü seçildilər

Vasif Talıbov və oğlu bu komitələrin üzvü seçildilər

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiqlənib və deputatların sayı 5-dən 10-a çatdırılıb. Həmçinin, 6 komitədən 2-si ləğv edilib, 4 komitə isə saxlanılıb. Bunlar Hüquq siyasəti, İqtisadi siyasət, Sosial siyasət və Humanitar siyasət komitələridir.

GununNebzi.az-
ın məlumatına görə, Naxçıvan Ali Məclisinin deputatları Vasif Talıbov Sosial siyasət komitəsinin, oğlu Seymur Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçiliblər.

S.Talıbov bundan əvvəl İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.

Qeyd edək ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq, V.Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməyib.

Unikal-a istinadla

Tarix: 1-08-2023, 16:09 Oxunub: 15


Bölməyə aid digər xəbərlər
21-12-2022, 13:09 Vasif Talıbov istefa verdi