23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Məleykə Abbaszadə 4-cü qrupun abituriyentlərinə çağırış etdi

Məleykə Abbaszadə 4-cü qrupun abituriyentlərinə çağırış etdi“IV qrupa sənəd verənlər ən hazırlıqlı şagirdlər olur. IV qrupun abituriyentlərinin builki buraxılış imtahanlarında median göstəricisi 165 baldır”.

GununNebzi.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, keçən il biotexnologiyanın mühəndisliyi I qrupda var idi, bu il yoxdur. Amma biotexnologiya ixtisası IV qrupda yaradılıb, cəmi 30 yerdir:

“Bu, bu çox müasir və gələcəkdə perspektivi olan ixtisasdır. COVİD-19 müalicəsində də biotexnologiya ixtisaslı şəxslər çox çalışıb. Tibb bacısı işi ixtisası da yeni yaradılıb, bu ixtisas əvvəl orta ixtisas təhsili müəssisələrində olurdu. Amma hər bir xəstəxanada həkim və cərrahların yanında baş tibb bacısı da olur. Yüksək kvalifikasiyalı, ali təhsilli tibb bacılarına çox ehtiyac var, ona görə yeni yaradılan bu ixtisasa 40 yer verilib. İctimai səhiyyə də yeni yaradılıb, çox vacib ixtisasdır. Bu ixtisasa 85 yer ayrılıb. Tibb ixtisası üçün bu il 610 yer ayrılıb. Tibb Universitetindən əlavə 100 yer Seçenov adına Moskva Tibb Universitetinə də ayrılıb, Naxçıvan Tibb Universitetinə də yerlər verilib".


M.Abbaszadə deyib ki, Azərbaycan bölməsi ilə müqayisədə bu il tibb ixtisasları üzrə rus bölməsinin keçid ballarının daha aşağı olacağı gözlənilir.

Onun sözlərinə görə, bu il rus bölməsi üzrə 500-dən çox bal toplayan 92 nəfər var: “Bu, hətta 480 baldan yuxarı bal toplayan 110 nəfərin də tibb ixtisaslarına qəbul olmaq şansı var”.

DİM sədrinin sözlərinə görə, bu il Azərbaycan Tibb Universitetinə (ATU) qəbul üçün plan yerlərinin sayı artıb.

Onun sözlərinə görə, 2019-cu ildə ATU-ya ayrılan plan yerlərinin sayı 785, bu il isə 975-dir. Bu il 190 plan yeri artırılıb.

M.Abbaszadə qeyd edib ki, IV qrupda 1 609 subbakalavr var: “Müsabiqədə iştirak edənlərin sayı 5 000-ə yaxındır. Bu qrupda da subbakalavrlar abituriyentlərə uduzurlar".


Tarix: 14-09-2020, 17:45 Oxunub: 468


Bölməyə aid digər xəbərlər