23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DSMF-nin Qubadlı rayon şöbəsi ləğv edilib? - RƏSMİ

DSMF-nin Qubadlı rayon şöbəsi ləğv edilib? - RƏSMİDövlət Sosial Müdafiə Fondunun (DSMF) Qubadlı rayon şöbəsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.

Bildirilib ki, DSMF-nin Qubadlı rayon şöbəsi ləğv edilməyib. Optimallaşdırma çərçivəsində regional idarə yaradılıb. Kadr islahatları ilə bağlı vəzifə təlimatlarına, mövcud fəaliyyət tələblərinə uyğun gəlməyən və ali təhsili olmayan bəzi əməkdaşların əmək müqaviləsinə xitam verilib. Bu məsələdə şəhid ailəsi, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, Qarabağ müharibəsi iştirakçıları, eləcə də sosial müdafiəyə ehtiyacı olan şəxslərin işdən çıxarılması həqiqətəuyğun deyil.

Strukturlaşma və islahatlarla bağlı müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq analıq məzuniyyətində olan, şəhid ailəsinin, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, qaçqınlar, məcburi köçkünlər, sosial müdafiəyə ehtiyacı olan əməkdaşların əmək müqaviləsinin müddəti avtomatik olaraq yenilənəcək. Həmçinin qeyd edilir ki, Dövlət Sosial Müdafiə Fondunun yaxın zamanlarda işğaldan azad edilmiş torpaqlarımızda fəaliyyət göstərəcək regional idarələri yaradılacaq və məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra həmin idarələrdə işlə təmin ediləcəklər.


Tarix: 17-11-2020, 16:29 Oxunub: 245


Bölməyə aid digər xəbərlər