23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Polis hökumət binasını nəzarətə götürdü - Ermənistanda

Polis hökumət binasını nəzarətə götürdü - ErmənistandaErmənistanda polis hökumətin binasını nəzarətə götürüb.

GununNebzi.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, səbəb müxalifətin binaya hücum təhlükəsidir. Belə ki, birləşmiş müxalifət qüvvələri tərəfdarlarına hökumət binasını mühasirəyə almaq barədə çağırış edib.

Bu gün saat 11:00-da Nikol Paşinyanın sədrliyi ilə Ermənistan hökumətinin ilin yekunlarına həsr olunmuş iclası olmalıdır. Müxalifət binanı mühasirəyə almaqla, Paşinyanın binaya daxil olmasını və sözügedən iclasın keçirilməsini əngəlləməyə çalışır. Hazırda güc strukturları binanın ətrafında tədbirlərini maksimum həddə çatdırıb.


Tarix: 24-12-2020, 11:15 Oxunub: 176


Bölməyə aid digər xəbərlər