23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Somalidə Türkiyə inşaat firmasına hücum oldu - Ölən var

Somalidə Türkiyə inşaat firmasına hücum oldu - Ölən varSomalidə Türkiyəyə məxsus inşaat işçilərinə qarşı terror aktı törədilib.

GunuNebzi.az Türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqladığı məlumatda bildirilir. Qeyd olunur ki, hücum Türkiyə hərbi bazasının 15 kilometrliyində baş verib.

Türkiyəyə məxsus şirkətin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib. Biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, 4 Türkiyə vətəndaşı isə yaralanıb.

Somali mətbuatının yaydığı məlumata görə, hadisəni Əl-Qaidə ilə əlaqəli terror təşkilatı Əl-Şəbab öz üzərinə götürüb./"Unikal.org"


Tarix: 2-01-2021, 20:13 Oxunub: 187


Bölməyə aid digər xəbərlər