23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
26 yaşında general-mayor olan xanım kimdir?

26 yaşında general-mayor olan xanım kimdir?Rusiya Müdafiə naziri Sergey Soyqu yaraşıqlı generallarla əhatə olunmağı sevir. Ona görə də bu günlərdə daha bir gözəli xoşbəxt edib.

Bu 26 yaşında general-mayor rütbəsi alan Rosiyana Markovskayadır.

GununNebzi.az xəbər verir ki, bu barədə Rusiyanın “Qlavnoye.net” portalı məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytında qız haqqında çox az məlumat var. Bu da onu bu qədər yüksək rütbəyə layiq görmə səbəbləri barədə suallar yaradır.

Markovskayanın Uzaq Şərq Federal Universitetinin Jurnalistika fakültəsində oxuduğu məlumdur. “Vladivostok” və “Zvezda” kanallarında aparıcı və müxbir işləyib.

Daha sonra Rusiya Müdafiə nazirinin mətbuat katibi vəzifəsinə yüksəlib. Rusiya Federasiyasının üçüncü sinif Dövlət müşaviri vəzifəsi heç də hər bir hərbçinin ala bilməyəcəyi bir vəzifədir. Ona görə də Rosiyana Markovskayanın vəzifə sıçrayışı çoxlarının təəccübünə səbəb olub.

Gənc bir qızın kiçik bir tərcümeyi-halı adi bir çox suallar doğurur.

Xatırladaq ki, Sergey Şoyqu bir müddət əvvəl 28 yaşında daha bir gözəl xanıma general mundiri geyindirmişdi.//Panoram.az


Tarix: 21-01-2021, 17:40 Oxunub: 324


Bölməyə aid digər xəbərlər
16-09-2020, 16:23 Şoyqu Belarusa getdi