23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Paşinyanın istefasını tələb edən general işdən çıxarıldı

Paşinyanın istefasını tələb edən general işdən çıxarıldı

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri general-mayor Qriqori Xaçaturov vəzifəsindən azad edilib.

GununNebzi.az
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Prezident Armen Sarkisyan imzalayıb.

Prezidentin Mətbuat Xidməti qərarın Baş nazir Nikol Paşinyanın təklifi əsasında qəbul edildiyini təsdiq edib.

Qeyd edək ki, bu ilin fevral ayında Q. Xaçaturov açıqlama yayaraq Baş Qərargahın Baş nazir Nikol Paşinyanın istefası tələbini dəstəkləmişdi. Daha sonra o, bəyanatla çıxış edərək Paşinyan hökumətinin istefaya getməsini tələb etmişdi.

Xatırladaq ki, Qriqoru Xaçaturov KTMT-nin keçmiş Baş katibi, Ermənistan Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general polkovnik Yuri Xaçaturovun oğludur. O, Azərbaycan-Ermənistan sərhədinə Qazax rayonundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət etmiş Ermənistan ordusunun 3-cü korpusunun komandiridir. Ötən ilin iyul ayında Tovuz istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatlar daxil olmaqla, bu ərazilər boyunca əvvəllərdə baş vermiş bir sıra təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovla əlaqələndirilir.

Q. Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-Prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi.

Tarix: 8-07-2021, 16:57 Oxunub: 149


Bölməyə aid digər xəbərlər