23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Forbes” Rihannanı rəsmən milyarder elan etdi

“Forbes” Rihannanı rəsmən milyarder elan etdi

Dünyaca məşhur pop müğənnisi Rihanna rəsmi olaraq milyarder elan edilib.

GununNebzi.az
xəbər verir ki, bu haqda məlumatı “Forbes” yayıb.

Qeyd olunub ki, Rihannanın hazırki sərvəti 1,7 milyard dollar təşkil edir.

Bildirilib ki,sənətçi hazırki sərvətinin əsas hissəsini (təqribən 1,4 milyard dollar) 2017-ci ildə əsasını qoyduğu “Fenty Beaty” kosmetik şirkəti sayəsində qazanıb.

Bununla yanaşı, Rihanna alt geyimlərinin istehsalı şirkəti olan “Savage x Fenty”də də hissələrə sahibdir. Şirkətin dəyəri 270 milyard dollar təşkil edir.

İfaçı geri qalan sərvətini müğənni və aktrisa olaraq fəaliyyətlərindən əldə etdiyi gəlirlərdən toplayıb.

Tarix: 5-08-2021, 10:14 Oxunub: 229


Bölməyə aid digər xəbərlər