Yeni il gecəsi bu içkidən uzaq durun - Ürəyi sıradan çıxarır

Yeni il gecəsi bu içkidən uzaq durun - Ürəyi sıradan çıxarır

Bir çox insanların Yeni il süfrələrində mütləq spirtli içki olur.

GununNebzi.az
xəbər verir ki, məşhur kardioloq Anna Koreneviç bayram günü hansı içkidən nə qədər dozada qəbul etməyin ürəyə təsirindən danışıb.

Həkim bir qədəhdən artıq tünd qırmızı şərab içməməyi tövsiyə edib.

“İkinci qədəh artıq ürəyə yükdür, orqanizmə zərərdir. Xüsusilə pivə çox mənfi təsirlidir. Pivə köpüyündə kobalt var, o ürəyi yükləyir. Eləcə də pivə qanı karbohidrat qazı ilə doydurur, bu da venaları, damarları genişləndirir. Çoxları elə hesab edir ki, pivə ən yüngülüdür, əslində elə deyil, pivə hormonal sistemi pozur, beyin hüceyrələrini məhv edir".

A.Koreneviç kişilərin bayram günü içkilərlə birgə yedikləri qəlyanaltılar, turşular, hisə verilmiş qidaların da qaraciyər və ürək üçün zərərli olduğunu bildirib.

"Yeni il günü üçün ən uyğun içki quru çaxırdır. Araqlardan isə bir qədər bahalı, konservantsız və orijinal məhsullar seçin", - deyə həkim vurğulayıb. (Medicina.az)

Tarix: 28-12-2021, 08:18 Oxunub: 219


Bölməyə aid digər xəbərlər