02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Qazaxıstanda nazir və deputatların maaş artımı donduruldu

Qazaxıstanda nazir və deputatların maaş artımı donduruldu

Qazaxıstanda nazirlər, bölgə rəhbərləri və millət vəkillərinin əməkhaqqı artımı 5 il müddətinə dondurulur.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentində çıxışı zamanı bildirib.

Tokayev qeyd edib ki, sözügedən şəxslərin maaşlarının kifayət qədər olduğunu hesab edir.

Prezident Milli Banka təngənin sabitliyini təmin etməyi və ölkədən əsassız çıxarılan vəsaitlərin yoxlanışını həyata keçirməyi tapşırıb.

Ölkədə inflyasiya səviyyəsinə nəzarət etmək üçün yeni kompleks tədbirlər hazırlanacaq.

Bununla yanaşı, Tokayev respublikanın xarici investorlar qarşısında bütün öhdəliklərini yerinə yetirəcəyini vəd edib.

O qeyd edib ki, hökumətə ictimai sosial fondun yaradılması ilə bağlı göstəriş verib.

Eyni zamanda, Qazaxıstanda iki ay ərzində əhalinin gəlirlərinin artırılması üzrə proqram qəbul ediləcək.

Tarix: 11-01-2022, 14:02 Oxunub: 126


Bölməyə aid digər xəbərlər
7-01-2022, 13:33 Tokayev atəş əmri verib