23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ukraynada 5 nəfəri öldürən əsgər saxlanıldı - Fotolar + Yenilənib

Ukraynada 5 nəfəri öldürən əsgər saxlanıldı - Fotolar + Yenilənib

Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından yoldaşlarına atəş açıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 5-i yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***
Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Milli Qvardiyanın hərbi qulluqçusu Dnepr şəhərində “Yujmaş” zavodunun ərazisində gözətçi dəstəni güllələyib. Nəticədə, 5 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.

Bildirilir ki, ölənlər arasında bir qadın da var və o, zavodun əməkdaşı olub. Milli Qvardiyanın bir qadın hərbi qulluqçusu isə yaralanıb. Qadına tibbi yardım göstərilməsinə baxmayaraq, o da dünyasını dəyişib.

***

Dneprdə insanlara atəş açaraq qaçan əsgər Artem Ryabçuk saxlanılıb. Ukrayna DİN-in rəhbəri Denis Monastırskiy bu faktı təsdiq edib.

***

Milli Qvardiyanın əsgəri Artem Ryabçuk hadisə yerindən qaçdıqdan sonra harda olması barədə məlumatı polisə özü verib. Əsgər Dnepr yaxınlığında bir kənddə saxlanılıb. Onun insanlara hansı səbəbdən atəş açması hələ məlum deyil.

Tarix: 27-01-2022, 16:20 Oxunub: 150


Bölməyə aid digər xəbərlər
22-01-2021, 09:53 Ukraynada matəm elan edildi
26-09-2020, 17:40 Zelenski matəm elan etdi