23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Polşa-Belarus sərhədində vəziyyət yenidən gərginləşir

Polşa-Belarus sərhədində vəziyyət yenidən gərginləşir

Ötən sutka 100-dən çox miqrant Belarusdan Polşaya keçməyə cəhd edib.

GununNebzi.az
“TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Polşanın Sərhəd Mühafizəsi Xidməti yayıb.

Məlumata görə, əsas olaraq İordaniya, Mərakeş və Seneqaldan olan 103 miqrant qanunsuz olaraq Polşa ərazisinə keçmək istəyib.

Bildirilir ki, miqrantlar iki dəfə güc tətbiq edərək sərhədi keçməyə çalışıb. Onlar sərhədçilərə daş və taxta çubuqlar atıblar.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Polşanın Sərhəd Xidməti artıq Polşa-Belarus sərhədini 4 mindən çox qanunsuz keçmək cəhdi qeydə alıb. Apreldə isə bu rəqəm 780 olub.

Tarix: 26-04-2022, 13:00 Oxunub: 32


Bölməyə aid digər xəbərlər