23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şri-Lanka Prezidenti ölkəni tərk etdi

Şri-Lanka Prezidenti ölkəni tərk etdi

Etirazlar fonunda istefa verən Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa həyat yoldaşı və mühafizəçisi ilə birlikdə ölkəni tərk edərək Maldiv adalarına gedib.

GununNebzi.az
xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

Qeyd edək ki, iyulun 9-da minlərlə insan Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Aksiya zamanı 8 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hazırda Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən böyük iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının qıtlığı ilə nəticələnib.


(qafqazinfo)

Tarix: 13-07-2022, 01:30 Oxunub: 24


Bölməyə aid digər xəbərlər