23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Casus oyunu: Almaniya 30 rus diplomatını qovur

Casus oyunu: Almaniya 30 rus diplomatını qovur

Almaniya xarici işlər naziri Annalena Berbok Berlində akkreditasiya olunan 30 rusiyalı diplomatı ölkədən qovmaq niyyətindədir.

GununNebzi.az
xəbər verir ki, bu barədə “Fokus” nəşri məlumat yayıb.

Məlumata görə, ruslar diplomatik toxunulmazlıqlarından istifadə edərək, siyasət, biznes, elm və ordu sahəsində işləyən almanları qeyri-qanuni olaraq ələ alırlar.

“Berlin əmindir ki, bu gün Almaniyadakı Rusiya xüsusi xidmət orqanları Soyuq müharibə dövründəkindən daha güclüdür və onların sayı 160-a yaxındır. Onlar Almaniyanın paytaxtında səfirlikdə, eləcə də ölkənin digər şəhərlərindəki bir neçə konsulluqda gizli işləyirlər. Amma alman hökuməti də başa düşür ki, rus casuslarının qovulmasını Moskva cavabsız qoymayacaq. Kreml cavabında daha çox alman diplomatı arzuolunmaz şəxs elan edəcək”, - nəşr bildirib.

(axar.az)

Tarix: 26-03-2023, 11:56 Oxunub: 14


Bölməyə aid digər xəbərlər