23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İsrail Suriyaya zərbə endirdi, SEPAH-ın generalı öldü - Yenilənib

İsrail Suriyaya zərbə endirdi, SEPAH-ın generalı öldü - Yenilənib
İsrailin bu gün Suriyanın paytaxtı Dəməşqə zərbə endirməsi nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü ölüb.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Daha bir neçə nəfərin yaralandığı bildirilir.

Bundan əvvəl isə, Suriyanın “SANA” dövlət agentliyi İsrailin Dəməşqdə Al-Mezza bölgəsində bir binaya zərbə endirdiyini yazıb. Sözügedən binanın Suriya hökumətini dəstəkləyən iranlı müşavirlər tərəfindən istifadə edildiyi iddia olunur. Binanın zərbə nəticəsində tamamilə dağıldığı vurğulanıb.

***

Raket hücumu nəticəsində SEPAH-ın Qüds qoşununun generalı və daha 4 zabiti ölüb.
GununNebzi.az
TASS-a istinadən xəbər verir ki, Sepah məlumatı təsdiqləyib.

Bildirilib ki, Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabit Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələrin nəticəsində ölüb.

Qeyd olunub ki, hücum 3 təyyarə ilə reallaşdırılıb. İran zabitlərinin qaldığı 4 mərtəbəli bina tamamilə dağılıb. (qafqazinfo)


Tarix: 20-01-2024, 16:05 Oxunub: 1


Bölməyə aid digər xəbərlər