Amerikalı və kanadalı immunoloqlar iki yeni araşdırma aparıb və koronavirusa qarşı antikorların ən azı üç ay ərzində artıq COVİD-19 keçirmiş bir insanın bədənində qaldığını təsbit edib.
GununNebzi.az xəbər verir ki, nəticələr “Science Immunology” jurnalında dərc edilib.
Koronavirus infeksiyasına səbəb olan SARS-CoV-2 virusuna cavab olaraq immun sistemi antikor adlanan xüsusi zülallar istehsal etməyə başlayır. İnfeksiyadan qorunma müddəti həm də xəstələnmiş insanın qanında IgG antikorlarının nə qədər qalmasına bağlıdır.
İlk araşdırmaya görə, amerikalı alimlər Massaçusetts xəstəxanasında orta və ağır CoViD-19-dan əziyyət çəkmiş 343 keçmiş xəstədən qan nümunələri toplayıb. Təhlil ilk simptomlar ortaya çıxdıqdan dörd ay sonra aparılıb.
Nəticədə ağır simptomların 14 gün və ya daha çox davam etdiyi xəstələrin əksəriyyətində IgG antikor səviyyəsi dörd aydan sonra da qalıb. Bu o deməkdir ki, bu cür insanların bu müddət ərzində yenidən koronavirus infeksiyasına yenidən yoluxmaq ehtimalı yoxdur. Eyni zamanda IgA və IgM antikorlarının daha az “dözümlü” olduğu ortaya çıxıb, iki yarım ay ərzində və ya daha tez bir zamanda aşağı səviyyələrə endiyi məlum olub.
Kanadalı alimlər tərəfindən aparılmış ikinci araşdırmaya Torontodakı St. Mixael Xəstəxanasında 402 keçmiş koronavirus xəstəsi cəlb edilib. Həkimlər IgA və IgM antikorlarının sürətlə parçalandığını, IgG antikorların nisbətən uzun müddət - üç aydan çox qanda yüksək səviyyədə qaldığını təsdiqləyib. IgG antikorları üçün ən uzun qeyd olunan dövr 115 gündür.
Alimlər daha bir vacib kəşf edib: antikorlar yalnız qanda deyil, tüpürcəkdə də saxlanılır. Beləliklə, test üçün alternativ biofluid kimi istifadə edilə bilər. Bu, əsasən yoluxmuş insanları təyin edərkən lazım olur, çünki standart PCR testi (burun çubuğu) yalnız iddia edilən infeksiyadan sonra ilk günlərdə təsirli olur və sonra həssaslığını itirir.
(Publika.az)
Bölməyə aid digər xəbərlər