"General-mayor Ramin Əsgərov 2 aya yaxındır vəzifəsindən azad edilib, Azərbaycan Respublikasının qanunvericiliyinə görə generalı nazir yox, Ali Baş Komandan təyin edir və ya işdən azad edir".
GununNebzi.az xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov bildirib.
O əlavə edib ki, generalın vəzifədən azad olunması Müdafiə nazirinin təqdimatı, yaxud başqa qurumun təqdimatı ilə ola bilər: "Ramin Əsgərov 2020-ci il iyun ayının 26-da Müdafiə Nazirliyinin təqdimatı ilə MN Baş Təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təsdiq edilib və general rütbəsinə layiq görülüb
2020-ci ilin oktyabr ayında isə vəzifəsindən azad olunub".
Qeyd edək ki, R.Əsgərov Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğludur. Onun müharibənin şiddətli dövründə, yəni oktyabr ayında vəzifədən kənarlaşdırılması cmiyyətdə maraq doğurub./"publika.az"
Bölməyə aid digər xəbərlər