23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dilqəmlə Şahbazın ailəsindən girovların buraxılma xəbərinə REAKSİYA

Dilqəmlə Şahbazın ailəsindən girovların buraxılma xəbərinə REAKSİYADilqəm Əsgərovla Şahbaz Quliyevin azadlığa buraxılması barədə rəsmi Bakının tələbinə Ermənistanın baş naziri Nikol Paşinyanın uzun məsləhətləşmədən sonra müsbət cavab verdiyi deyilir.

Məsələ ilə bağlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, onlara rəsmi qurumlar tərəfindən hər hansı məlumat verilməyib.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev də öz növbəsində Modern.az-a bu barədə mətbuatdan oxuduğunu deyib:

"Məlumatlarda Şahbazın bu ilin sonuna kimi Azərbaycana qaytarılacağı deyilir. Amma bizə nə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından, nə də Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib".

Qeyd edək ki, D.Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə öz yaxınlarının məzarını ziyarət edərkən girov götürülüblər.

Qondarma "məhkəmənin hökmü" ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 illlik azadlıqdan məhrum edilib.


Tarix: 14-12-2020, 17:32 Oxunub: 73


Bölməyə aid digər xəbərlər