23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Cənab Prezident məmurlardan, deputatlardan nə tələb edir?

Cənab Prezident məmurlardan, deputatlardan nə tələb edir?

Əlbəttə ki, insanlarla sıx əlaqədə olmaq, onların çətin vəziyyətində onlara dəstək olmaq, onları maarifləndirmək, seçiciləri ilə tez-tez görüşmək, onların çətin durumları ilə bağlı hökumət və dövlət qarşısında məsələ qaldırmaq. Eyni zamanda o problemlərin fərdi həllinə çalışmaq.

Həmçinin hər bir deputatın seçicilərlə görüşü və onlar üçün həyata keçirdiyi bütün tədbirləri, əməlləri geniş ictimaiyyətə çatdırması.

Seçkilər ərəfəsində seçiciləri ilə öz ünvanlarında görüşən, onların qarşısında öz vəzifə borcları barədə məlumatlar verənlərin bir çoxunun artıq seçiləndən sonra həmin seçicilərinin yanında olması kimi vacib əməllərinin əksini görürük.

İnsanlarla mütəmadi sıx münasibət, insanların problemlərinin həllinə doğru addımlar atılması kimi fəaliyyəti təəssüf ki, çox az deputatdan görürük.

İllər boyu parlamentdə seçildiyi ərazi və rayonların vətəndaşlarının problemlərinin bir dəfə də olsun gündəmə gətirilməməsi və həmin seçilən deputatların parlamentdə lal deputat kimi fəaliyyət göstərməsi faktları təəssüf ki, yenə də davam edir.

Deputatların haqlı tənqid atəşinə tutulmasından, onların əhalinin problemlərinin həlli istiqamətində passivlik göstərməsini geniş ictimaiyyətə şəffaf çatdırılmasından narazı olan və onları müdafiə etməyə çalışanlar da yox deyil. Buna sosial informasiya və facebook səhifələrində şahid oluruq.

Ölkə prezidenti yaşlı nəslə vətəndaşlarımızın diqqətinin artırılmasına önəm verdiyini vurğulayırsa, deputatlar daha artıq fəallıq göstərməlidirlər. Ölümlə üzbəüz qaldığımız bu çətin dövrdə deputatın öz seçiciləri arasında olmaması, onlara maddi, mənəvi yardım etməməsi faktları ilə deyil, konstitusiya hüquqları icazə verməsə belə, günün tələbləri çərçivəsində, ölkə rəhbərliyinin əhali qarşısında ümid və inamverici addımların atılması üçün evdən çıxışlarından örnək götürüb xalqla təmasda olmaları faktları ilə qarşılaşmaq hər kəsin arzusudur. Seçkidən öncə və sonra xalqın böyük əksəriyyətinin tanımadığı deputatlar var. Dövlət qurumlarında çalışan, dövlət büdcəsindən maliyyələşən və o qurumlarda çalışan insanlarla məcburi qaydada ünsiyyət qurmaq, görüşmək o demək deyil ki, deputat öz səlahiyyətlərini pozur. Söhbət təkcə dövlət qurumları, büdcə təşkilatlarından maliyyələşən iş yerlərində çalışan vətəndaşlardan getmir. Onlar artıq dövlət tərəfindən təmin olunmuş insanlardır. Dövlət nəzarətindən kənarda qalan yaşlı nəslin üzvlərinə diqqət etməmək, xəstə seçiciləri ilə maraqlanmamaq, uzun illər yataq xəstəsi olan qaçqın ahıllarla ünsiyyət qurmamaq, onlara maddi yardım edilməsi üçün addım atılmaması, parlamentdə 5 il ərzində təmsil etdiyi rayonların problemlərinin qaldırılmaması kimi faktların hansı deputatlara aid olması hamımıza məlumdur.

Bir çox digər fəal deputatlardan həmin fəliyyətsiz deputatların nümunə götürməsini arzulayırıq.

Bəzən tənqidi təhqir kimi başa düşən deputatlarımıza üzümü tutub deyirəm:

“Cənab Prezidentin deputatlar haqda dediyi “seçkidən qabaq da və seçkidən sonra da qapı-qapı gəzməlisiniz” fikrini unutmayın”.

Rasim Məmmədov,

İctimai Nəzarət Koalisiyasının sədri,

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,

Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri


Tarix: 17-04-2020, 10:00 Oxunub: 91


Bölməyə aid digər xəbərlər