gununnebzi.az Koronavirus pandemiyası işbazlar və dələduzlar üçün əlavə qazanc üçün imkan yaradıb. Beynəlxalq polis təşkilatı (İnterpol) bununla bağlı müraciət ünvanlayıb.
Təşkilatın məlumatına görə, onlayn satış portallarında saxta və standartlara cavab verməyən tibbi vasitələr və dərmanların elanları artmaqdadır. Bu cür məlumatların içərisində də ən çox guya COVID-19 virusuna təsir edən həblər, testlərin satış elanları üstünlük təşkil edir.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Mütəxəssislər bildirirlər ki, internet üzərindən satış normal haldır, amma bu yolla dərman vasitələri almaq məsləhət deyil.
Saxta kampaniya elanları barədə internet səhifələri yüklənə bilən proqramlar, tətbiqlər və cihazı bloketmə funksiyaları ilə hazırlanır və məlumatlarınız rahatlıqla dələduzların əlinə keçə bilər. Eyni zamanda, alacağınız məhsulu geri qaytarmaq kimi problemlər ortaya çıxa bilər.
Saxta tibbi vasitə və ya dərmanların tərkibindən fərqli olaraq, onların örtüyü, qablaşdırılması yüksək standartlara cavab verə bilər, orijinal malla eyniliyi tam da ola bilər, bəzi hallarda yalnız laboratoriya təhlili və ekspertizalarla onların fərqliliyi müəyyən edilə bilir.
Təkcə 2019-ci il ərzində gömrük orqanları tərəfindən 3,14 milyon manat dәyәrindә dәrman vasitәlәri aşkar edilib. Pandemiya ilə bağlı gömrük-sərhəd buraxılış məntəqələrinin bağlanması ilə qaçaqmalçılıq halları azalsa da, internet üzərindən satılan bu kimi vasitə və preparatların satışının mövcudluğu sual doğurur.
Bizimlə əlaqə saxlayın
Bölməyə aid digər xəbərlər