23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənistan MN və İctimai Şura arasında qalmaqal: Düşmən özünü ifşa edir

Ermənistan MN və İctimai Şura arasında qalmaqal: Düşmən özünü ifşa edirŞimal-şərq istiqamətində Ermənistan-Azərbaycan dövlət sərhədi bu günədək gərgin olaraq qalır. Bu günlərdə sosial şəbəkələrin erməni seqmentində hərbi ekspert olmuş bir çox fəal istifadəçi hərbi əməliyyatları müzakirə edir, fikir söyləyir və yanlış məlumatlar yaymaqla, aprel döyüşləri ilə bağlı keçmişi xatırlamağı və hazırkı əməliyyatları müqayisə etməyi də unutmurlar.

Xüsusilə, dünəndən bəri Ermənistan İctimai Şurasının sədri Styopa Safaryan “Facebook” səhifəsində iki qeyd yazıb.

O, hansısa “dağ silsiləsi” və ya “köhnə və yeni mövqelər” məsələsini müzakirə edir.

Hovhannisyan tərəfindən təmsil olunan Ermənistan Müdafiə Nazirliyi isə İctimai Şura sədrinin yaydığı məlumatla əlaqədar əvvəllər ciddi cəhdlə saxta “irəliləyişlər”dən danışsa da, bunu təsdiqləyən hər hansı bir ətraflı fakt yaymamışdı.

Nəticədə, ötən gün, 17 iyul tarixində Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan sərhəddəki vəziyyətlə bağlı İcevanda keçirdiyi mətbuat konfransında ictimaiyyəti yenidən altmaqla məsələyə qayıdış etdi.

Əvvəlki yalan müsahibəsində qeyd etdiyi açıqlamasından sitat gətirilən məqama toxunaraq fikirləri belə manipulyasiya etdi: “Əvvəla, mən, mövqe barədə heç nə deməmişəm. Rus jurnalistin sualı yüksəklik ələ keçirilməsi haqqında olub. Tərəflərdən heç biri hər hansı yüksəklik ələ keçirməyib. Mövqelərin yaxşılaşdırılması baxımından bu məsələnin müzakirə olunduğu ilk gündə gəlin mötərizəni açmayaq, deyə şərh verməyəcəyimi söylədim. Rus jurnalistin sualına məhz “yüksəklik” kimi cavab vermişəm, çünki söhbət konkret bir “yüksəklik”dən gedirdi. Mövqe hündürlük deyil, hündürlük də mövqe deyil, amma mötərizəni açmayacağam. Qoy bütün bunlar qalsın, biz hərbçilərin bundan sonrakı işlərini həyata keçirməsinə mane olmayaq”

Xatırladaq ki, “Пограничная ЗОНА” verilişində Artsrun Hovannisyan heç bir tərəfin hər hansı yüksəkliyi (“высота”) ələ keçirmədyini bildirmişdi. “Rəsmi İrəvan Müdafiə Nazirliyi heç vaxt qoşunlarımızın hər hansı bir yüksəkliyi ələ keçirdiyini söyləməyib. Belə bir şey olmayıb. Keçmiş hərbiçilər, hərbi ekspertlər, siyasətçilər bu barədə danışmış ola bilər. Lakin Müdafiə Nazirliyi bu barədə heç vaxt rəsmi olaraq danışmayıb. ... Tərəflər tərəfindən hər hansı bir dəyişiklik olsaydı, hər hansı bir hündürlük və s..., belə bir olmayıb. Heç kim heç nə götürməyib”, - deyə müsahibəsində Artsrun Hovannisyan bildirib.

Erməni Kİv-lərindən biri, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin yalaşnını örtbasdır etmək üçün Safaryanı ittiham etməyə başlayıb: “Məqsəd anlaşılandır. Eyni zamanda, başqa bir erməni məmur, diplomatik və hərbi korpuslarımızın qarşılıqlı razılaşdırılmış işinin uğurunu pozaraq, Ermənistan tərəfinin beynəlxalq aləmdəki rəsmi mövqeyini təhlükə altına ala biləcək Müdafiə Nazirliyinin rəsmi mövqelərinə qarşı olan ziddiyyətli bəyanatlar verməklə məşğuldur”.

Qeyd edək ki, bənzər məlumatlar Ermənistan müdafiə nazirliyi və digər rəsmi dövlət orqanları arasında koordinasiyanın olmamasını, informasiyaya yanaşmada daxili seqmenti altdatmağa yönəlmiş saxtakarlıq texnologiyalarının işə salındığını göstərir.(ordu.az)


Tarix: 20-07-2020, 12:43 Oxunub: 112


Bölməyə aid digər xəbərlər