23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şəkidə avtomobil iki yaşlı körpəni vurdu

Şəkidə avtomobil iki yaşlı körpəni vurdu

Şəkidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GununNebzi.az xəbər verir ki, hadisə Şəki şəhərində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Atakişiyev Ümid Rəfail oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Şəki Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və qabırğaların sınığı diaqnozları qoyulub. Ü.Atakişiyev reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

“Report”

Tarix: 28-06-2021, 23:58 Oxunub: 217


Bölməyə aid digər xəbərlər