23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bərdədə ana 18 yaşlı qızını tualetdə zəncirlə BAĞLADI - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)

Bərdədə ana 18 yaşlı qızını tualetdə zəncirlə BAĞLADI - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)

Bərdə rayonunda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, məlumatla əlaqədar RPŞ-nin istantaq-əməliyyat qrupu hadisə yerində olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.

Faktla bağlı adı çəkilən şəxslər RPŞ-yə gətirilib, onların izahatları alınıb, müvafiq ekspertiza təyin olunub.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.(Unikal.org)

***
15:56


Bərdədə 18 yaşlı qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qalıb.

GununNebzi.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Yusufova anası Şəlalə İsmayılova və tanışı Ruslan Rzayev tərəfindən yaşadığı evin sanitar qovşağına zəncir ilə dəmir boruya bağlanıb. Hadisədən xəbər tutan qonşular Bərdə rayon Polis Şöbəsinə xəbər veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları ayağından zəncirlə boruya bağlanan qızı və adı çəkilən şəxsləri polis şöbəsinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 23-07-2021, 16:40 Oxunub: 180


Bölməyə aid digər xəbərlər