23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Xahiş edirəm, Əbülfəz Qarayevi də buraya çağırın"

"Xahiş edirəm, Əbülfəz Qarayevi də buraya çağırın"

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

GununNebzi.az
xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb.

Şahid qismində ifadə verən "Azəraqrartikinti" ASC-nin filial müdiri Nüsrət Ömərov bildirib ki, Azərbaycan İncəsənət Muzeyindəki təmir işlərinə görə keçirilən tenderdə qalib olublar. Buna görə Dövlət Xidmətindən onlara 31 milyon vəsait ayrılıb: “Bizim şirkətin 300-400 nəfər işçisi var. Təmir işləri üçün İtaliyadan bir şirkətlə anlaşmışdıq. Təkcə 12 milyon manat onların maaşı və burada qalma xərclərinə sərf olundu. Xaricilər burada yüksək komfortlu şərait tələb edirdilər. Buna görə də çoxlu pul lazım idi”.

Hakim 31 milyon manatın böyük vəsait olduğunu, nəyə görə bu işin məhz “Azəraqrartikinti”yə həvalə olunduğunu soruşub. Şahid cavabında təmsil etdiyi şirkətin İncəsənət Muzeyindən əvvəl digər dövlət əhəmiyyətli binaların da təmirini həyata keçirdiyini deyib.

Daha sonra Zakir Sultanov söz alaraq sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin də dindirilməsini istəyib:

“Həyata keçirilən bir çox işlərdən sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin də xəbəri olub. Xahiş edirəm ki, o da məhkəməyə çağırılsın”.

Növbəti iclas sentyabrın 16-a təyin olunub.

Tarix: 10-09-2021, 12:07 Oxunub: 190


Bölməyə aid digər xəbərlər