23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ramin Hacılı məhkəmədə huşunu itirdi

Ramin Hacılı məhkəmədə huşunu itirdi

Azərbaycan Avropa Hərəkatının hazırda həbsdə olan sədri Ramin Hacılı məhkəmədə huşunu itirib.

GununNebzi.az
xəbər verir ki, bu barədə anası Hürü Hacıyeva Qaynarinfo-ya açıqlamasında deyib.

O bildirib ki, oğlu aclıq aksiyası keçirdiyi üçün halı pisləşib: “Raminin ürəyi getdi, Təcili Tibbi Yardım çağırdılar. Su vermək istədilər, içmədi. Həkimlər gəlib iynə vurdu”.

Proses sentyabrın 14-nə təxirə salınıb.

Qeyd edək ki, Ramin Hacılı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib.

Prokurorluğun verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılır.

(Qaynarinfo)

Tarix: 10-09-2021, 16:43 Oxunub: 285


Bölməyə aid digər xəbərlər
30-08-2021, 16:49 FHN inspektoru həbs edildi