13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
Şahid: “Nərmindən xəbər çıxmadığı halda, atası qonşu kəndə “ciyəraxşamına” getdi”
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
GununNebzi.az xəbər verir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərmin Quliyevanı ən son görən əmisi oğlu Qorxmaz Quliyev dindirilib.
O bildirib ki, özü Gəncədə yaşayır və həmin gün başqa bir əmisi qızının toyuna görə kəndə gəlib.
“Hadisə günü də Nərmin günorta saat 14:00 radələrində qonşu olan Arif əmisigilə gəlib, atasının göndərdiyi gödəkçəni təhvil verib. Oradan Lətif əmisigilə keçib, başqa bir gödəkçəni istəyib. Atası onu geyinib, həmin gün qardaşı qızının toyaxşamına getməli idi. Nərmin gələndə evdə olan nənəm də, əmim Lətif də yatmışdı. Qapının ağzında dayandı. Əmimoğlu Ayxanla sinif yoldaşı idi. Ayxandan soruşdu ki, niyə dərsə gəlməmişdin? Ayxan həmin gün yatıb qalmışdı. Ayxan hamamdan gödəkçəni götürüb ona verdi. Nərmin gödəkçəni qoymaq üçün torba verməyimizi gözləmədən çıxıb getdi”, – deyə, şahid bildirib.
Q.Quliyevin sözlərinə görə, təxminən 1 saat sonra Nərminin böyük bacısı Şəbnəm gəlib, bacısının evə qayıtmadığını deyib. Əmisigildə olmadığına əmin olandan sonra çıxıb gedib.
“Baxmayaraq ki, uşaqdan xəbər çıxmamışdı, axşam saat 18:00 radələrində Nərminin atası qonşu kəndə “ciyəraxşamına” getdi”, – Q.Quliyev deyib.
Vəkillərin “Nərminin atasının axşam ora gedəndə əynində gödəkçə var idimi?” sualına cavab olaraq şahid deyib ki, həmin gün Şərif əmisinin nə geyindiyinə fikir verməyib.
Vəkillər bildirib ki, şahidin məhkəmədə dedikləri ilə istintaqa ifadəsi arasında kəskin ziddiyyətlər var. Ona görə də həmin ifadə elan olunmalı, Q.Quliyev fərqli ifadə verməsinin səbəblərinə aydınlıq gətirməlidir.
Proses noyabrın 30-da davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib./Trend/
Bölməyə aid digər xəbərlər

Tarix: 25-11-2021, 21:25 Oxunub: 269
Bölməyə aid digər xəbərlər
17-11-2021, 19:50
Tovuzda qətlə yetirilən 10 yaşlı Nərminin bacısı məhkəmədə ifadə verib
4-11-2021, 13:35
Nərmin itkin düşən günü kəndə gələn naməlum şəxslər kimlər olub?
21-10-2021, 14:44
“Nərminin qan qrupu IV, basdırılan meyitinki isə II qrup olub”