Külli miqdarda noxud oğurlayan şəxslər SAXLANILDILAR

Külli miqdarda noxud oğurlayan şəxslər SAXLANILDILAR

Cəlilabadda işlədiyi təsərrüfatın anbarından qohumları ilə birlikdə 7 000 manat dəyərində noxud oğurlayan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayonu sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus anbardan 1 700 kiloqram noxudun oğurlanması barədə məlumat verib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən, həmin təsərrüfatda işləyən Seymur Qurbanov, qohumları Elşən Məmmədov və Şahmar Şahmarov müəyyən edilərək saxlanılıblar. Ayrı-ayrı vaxtlarda gecə saatlarında həmin anbardan oğurladıqları noxudu S.Qurbanovun idarə etdiyi traktorla daşıyaraq satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 23-02-2022, 12:24 Oxunub: 161


Bölməyə aid digər xəbərlər