23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dominikan ​​​​​​​Azərbaycana yeni səfir TƏYİN ETDİ

Dominikan ​​​​​​​Azərbaycana yeni səfir TƏYİN ETDİ

Dominikan Azərbaycana yeni səfir təyin edib. Diplomat bu gün etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədova təqdim edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Dominikanın iqamətgahı Ankara şəhərində olmaqla Azərbaycana təyin olunmuş səfiri Elvis Antonio Alam Loranı qəbul edib. Nazir müavini səfiri təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanla Dominikan arasında coğrafi məsafəyə baxmayaraq, bir çox sahələrdə, xüsusilə turizm, humanitar və təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün potensialın mövcud olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Səfir Dominikanın Azərbaycanla bütün müstəvilərdə əməkdaşlığının əhəmiyyətli olduğunu, xüsusilə iqtisadi əlaqələr olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir müavini səfirə 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, post münaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Görüşün sonunda səfir bir daha iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışacağını qeyd edib.

Tarix: 24-08-2022, 20:36 Oxunub: 30


Bölməyə aid digər xəbərlər