23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Tərtər işi” ilə bağlı 8 mülki şəxsə bəraət verildi - Adlar

“Tərtər işi” ilə bağlı 8 mülki şəxsə bəraət verildi - Adlar

“Tərtər işi” ilə bağlı hərbi qulluqçularla yanaşı işgəncələr görmüş və əsassız ittihamlar almış bir sıra mülki şəxslərə qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.

GununNebzi.az-
ın məlumatına görə, bu barədə vəkil Rəsul Cəfərov məlumat verib.

O, aşağıdakı şəxslərin bəraət aldığını bildirib:

1. Şəmmədov Arif Əlabbas oğlu

2. İsmayılov Müzəffər Zəfər oğlu

3. İsmayılov Elşən Zəfər oğlu

4. Hacıyev Emin Ramiz oğlu

5. Cabbarov Mənsur İlya oğlu

6. Məmmədov Tofiq Hümbət oğlu

7. Məmmədov Teymur Tofiq oğlu

8. Ağalıyev Şahin Nazim oğlu

Vəkil qeyd edib ki, “Tərtər işi” çərçivəsində bəraət almış şəxslərin sayı 26 nəfərdir:

“Amma işlər bununla yekunlaşmır, haqlı olaraq yeni bəraət qərarların olacağı gözlənilir. Öyrənilməsinə tam başlanılmayan işlərin də yenidən araşdırılması zəruridir”.

Qeyd edək ki, daha öncə “Tərtər işi” üzrə bəraət almış 18 hərbçinin adı açıqlanmışdı. Xatırladaq ki, 2017-ci ildə Tərtərdə hərbi hissədə baş vermiş hadisələrlə bağlı icraat ötən il təzəlınib. Baş Prokurorluqda işin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb.

Tarix: 20-10-2022, 06:56 Oxunub: 25


Bölməyə aid digər xəbərlər