23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Masallıda fermadan qoyun oğurlayan həmkəndlilər saxlanıldı

Masallıda fermadan qoyun oğurlayan həmkəndlilər saxlanıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fermalardan birindən 32 baş qoyun oğurlayan həmkəndlilər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, gecə saatlarında G.Əliyevə məxsus Masallı rayonunun Bədəlan kəndində yerləşən fermadan ümumi dəyəri 10840 manat olan 32 baş qoyunun oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Masallı rayonunun Sirəbil kənd sakinləri V. Şahmarov və İ. Əhmədli olduqları müəyyən edilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Tarix: 11-01-2023, 20:27 Oxunub: 22


Bölməyə aid digər xəbərlər