Qıza görə həm tanışını, həm özünü bıçaqladı

Qıza görə həm tanışını, həm özünü bıçaqladı

Bakıda iki nəfər arasında tanışlıq münasibətlərinə görə münaqişə yaşanıb.

GununNebzi.az-
ın məlumatına görə, hadisə Yasamal rayonunda yerləşən mənzillərdən birində baş verib. Belə ki, A.Məhərrəmov adlı sakinin bıçaqlanması ilə bağlı polisə müraciət daxil olub. Polis tərəfindən keçirilən araşdırmalar zamanı məlum olub ki, A.Məhərrəmov tanışı O.Bayramov tərəfindən bıçaqlanıb.

O.Bayramov A.Məhərrəmovu bıçaqladıqdan sonra özünə də xəsarətlər yetirib. Hər iki şəxs xəstəxanaya aparılıb.

İlkin məlumata görə, onlar tanışları olan bir qızla münasibətlərə görə mübahisə ediblər.

Araşdırma davam etdirilir.

(Qafqazinfo)

Tarix: 1-03-2023, 15:19 Oxunub: 21


Bölməyə aid digər xəbərlər