Ölkəyə yarım milyona yaxın qızıl keçirmək istədi

Ölkəyə yarım milyona yaxın qızıl keçirmək istədi

Martın 21-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

GununNebzi.az
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib.

Həmin şəxs gömrük əməkdaşı tərəfindən “Qırmızı
kanal”a yönləndirilib, üzərinə və əşyalarına baxış keçirilib.

Rentgen qurğusunda vətəndaşa məxsus çantada qızıl-zinət əşyalarının təsviri görünüb.

Yoxlama zamanı çantada gömrük orqanına yazılı və ya şifahi qaydada bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birgə ümumi çəkisi 4 kq 700 qram, təqribi dəyəri 420 000 AZN olan qızıl-zinət əşyaları aşkar olunub.
Ölkəyə yarım milyona yaxın qızıl keçirmək istədi
Ölkəyə yarım milyona yaxın qızıl keçirmək istədi
Ölkəyə yarım milyona yaxın qızıl keçirmək istədi
Ölkəyə yarım milyona yaxın qızıl keçirmək istədi
Ölkəyə yarım milyona yaxın qızıl keçirmək istədi

Tarix: 21-03-2023, 19:49 Oxunub: 23


Bölməyə aid digər xəbərlər